Blinken: “Ukraynanın Rusiya ərazisinə zərbə endirməsini dəstəkləmirik”

Hazırda oxunan: Blinken: “Ukraynanın Rusiya ərazisinə zərbə endirməsini dəstəkləmirik”

108268

“ABŞ Kiyevin Rusiya ərazisinə zərbə endirməsini dəstəkləmir, lakin Ukraynaya “özünü qorumaq üçün lazım olan” hərbi yardımı verəcək”.

Bizim.Media xəbər verir ki, bu fikirləri dövlət katibi Entoni Blinken səsləndirib.

O vurğulayıb ki, ABŞ və onun tərəfdaşları Ukraynanı öz ərazisini qorumaq üçün lazımi avadanlıqla təmin etməkdə qərarlıdırlar.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi məlumat verib ki, rəsmi Kiyev dekabrın 5-də səhər saatlarında Rusiyanın Ryazan vilayətindəki Diaqilevo və Saratov vilayətindəki Engels hərbi aerodromlarına sovet istehsalı olan reaktiv pilotsuz təyyarələrlə zərbələr endirib. Məqsəd uzaqmənzilli təyyarələrin sıradan çıxarılması olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin