Vyana iki ölkənin Şengen zonasına daxil edilməsini istəmir

Hazırda oxunan: Vyana iki ölkənin Şengen zonasına daxil edilməsini istəmir

108252

Avstriya Bolqarıstan və Rumıniyanın Şengen zonasına daxil edilməsinə qarşıdır. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Avstriyanın kansleri Karl Nehammer Tiranada keçirilən Aİ-Qərbi Balkan sammiti çərçivəsində deyib. 

O bildirib ki, ilk növbədə qeyri-qanuni miqrasiya ilə bağlı təhlükəsizlik məsələlərini aydınlaşdırmaq lazımdır:

“Hazırda Avstriya Bolqarıstan və Rumıniyanın da daxil edilməsi ilə Şengen zonasının genişlənməsinə razı deyil. Avstriyada 75 min qeydiyyatdan keçməmiş qanunsuz miqrantımız var, yəni onlar Aİ-nin xarici sərhədlərini keçiblər və dənizə çıxışı olmayan ölkədədirlər. Əvvəlcə bu təhlükəsizlik məsələsini aydınlaşdırmaq lazımdır". 
Nehammerin sözlərinə görə, söhbət bütün Avropa İttifaqının təhlükəsizliyindən gedir. Qeyd edək ki, onun çıxışı Aİ Şurasının saytında yayımlanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin