Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2022-nin 1/4 finalında İngiltərə ilə keçiriləcək oyununu buraxa bilər.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, o, topuğundakı ağrılara görə komandasının bugünkü məşqində iştirak etməyib.
Komandanın liderlərindən forvard idman zalında bərpa prosesi keçir. Onun İngiltərə ilə qarşılaşmada meydana çıxıb çıxmayacağı bəlli deyil.
Dekabrın 10-da keçiriləcək İngiltərə - Fransa görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qeyd edək ki, Mbappe bu mundialda 4 oyuna 5 qol vurub.
Bizim.Media
- A-
- A
- A+
İdman
03:22 / 07.12.2022
DÇ-2022: Mbappe 1/4 finalı buraxacaq – SƏBƏB
Hazırda oxunan: DÇ-2022: Mbappe 1/4 finalı buraxacaq – SƏBƏB
Hazırda oxunan: DÇ-2022: Mbappe 1/4 finalı buraxacaq – SƏBƏB
108240
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.