Özge Ulusoy atasının dəfnində hönkür-hönkür ağladı - FOTO/VİDEO

Hazırda oxunan: Özge Ulusoy atasının dəfnində hönkür-hönkür ağladı - FOTO/VİDEO

108185

Xəbər verdiyimiz kimi, aktrisa və model Özge Ulusoyun atası, təqaüddə olan polkovnik Heydər Ulusoy bazar günü Ankarada baş verən yol qəzası nəticəsində 73 yaşında dünyasını dəyişib. 

Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, Ankarada təşkil edilən ilk mərasimdən sonra Ulusoyun cənazəsi Üsküdardakı Ulu Səlimiyə məscidinə gətirilib.  

Özge Ulusoy, anası Armağan Ulusoy və qardaşı Nilay Ulusoy məscidin həyətində başsağlığı qəbul ediblər. Özge Ulusoy dəfn mərasimində göz yaşlarını saxlaya bilsə də, anası Armağan Ulusoyun ayaq üstə durmaqda çətinlik çəkdiyi görülüb. Mərasimdə insan seli yaşanıb.
Böyük Səlimiyə məscidində təşkil edilən hərbi mərasim və günorta saatlarında qılınan cənazə namazından sonra Heydər Ulusoyun Türkiyə bayrağına bükülmüş tabutu əvvəlcə hərbi artilleriya maşınına, sonra isə cənazə maşınına mindirilərək mərasim heyətinin çiyinlərinə təhvil verilib.

Mərasimdən sonra cənazə dəfn olunmaq üçün Beykozdakı Kanlıca qəbiristanlığına aparılıb.

Dəfn mərasimində Özgenin hönkür-hönkür ağlayaq atasının nəşini qucaqlaması hər kəsi göz yaşına boğub.

Rəşad Əliyev, Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin