“Urmiya gölünün qurudulması İran siyasətinin bir parçasıdır” - Əhməd Obalı

Hazırda oxunan: “Urmiya gölünün qurudulması İran siyasətinin bir parçasıdır” - Əhməd Obalı

108163

"İndiki zamanda Güney Azərbaycanda illər boyu arzuladığımız hədəfə yaxınlaşırıq".

Bizim.Media xəbər verir ki, bunu Güney Azərbaycanın milli fəalı, Güney Azərbaycan Televiziyasının (GünazTV) rəhbəri Əhməd Obalı Sosial Tədqiqatlar Mərkəzindəki görüşü zamanı deyib.

Milli fəal Prezident İlham Əliyevin Cənubi Azərbaycanla bağlı dediyi fikirlərə toxunub:
 

MÖVZU İLƏ BAĞLI:

Əhməd Obalı: "PKK terror təşkilatının əsas kökü İrandadır"


"Azərbaycan Prezidenti təkcə Qarabağı azad edən fateh yox, eyni zamanda, Güney Azərbaycandakı vətəndaşların da taleyi ilə maraqlanan, diqqət göstərən prezidentdir. Bizlər üçün sizin timsalınızda azərbaycanlı siyasətçilərin güneylə bağlı müzakirə və fikirləri çox əhəmiyyətli və sevindiricidir".

Əhməd Obalı Urmiya gölünün qurudulmasını İran hakimiyyətinin siyasəti kimi qiymətləndirib:

"Urmiya gölünün qurudulması molla rejiminin siyasətinin bir parçasıdır. İran rejimi farsçılığın üzərində qurulmuş dövlətdir. İranda fars dilini bilməyin vacibliyi ilə bağlı qanun qəbul edilib. Yəni İranda orta məktəbə gedən uşaq mütləq fars dilini bilməlidir. Bilməzsə, onlar özəl məktəblərə göndərilir. Bu məktəblərə getmək də, az qala, təhqir kimi bir şeydir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin