Xaqan adlı azərbaycanlı uşağa adının türkcə olduğuna görə sənəd verilməyib. Altı aylıq mübarizədən sonra Təbriz məhkəməsi Xaqan adına şəxsiyyət vəsiqəsi verib.
Bizim.Media "Azad İran" Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə Xaqanın atası mədəni fəal və sənətçi Yunis Mahmudi özünün sosial media hesabında paylaşım edib.
Yunis Mahmudi özünün "Instagram" hesabında "məhkəmənin rəyi və qərarı olmasına baxmayaraq yenə də Xaqanıma kimlik vəsdiqəsi vermirlər" yazıb.
Bundan əvvəl sentyabrın əvvəllərində Yunis Mahmudi özünün sosial media hesabında iki ay mübarizədən sonra oğlu Xaqan adına şəxsiyyət vəsiqəsinin verilməsi barədə Təbriz Məhkəməsinin qərar verməyə məcbur olduğunu yazmışdı.
Xatırladaq ki, İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi valideynlərin etirazları ilə qarşılanır və onlar məsələni sosial mediada ictimailəşdirməyə məcbur olurlar.
Bizim.Media
- A-
- A
- A+
Region
12:55 / 06.12.2022
İranda türk adına görə uşağa 6 ay sənəd verilməyib
Hazırda oxunan: İranda türk adına görə uşağa 6 ay sənəd verilməyib
Hazırda oxunan: İranda türk adına görə uşağa 6 ay sənəd verilməyib
108126
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.