Dodağını 32 dəfə böyüdən model görünüşü ilə MƏƏTTƏL QOYDU - FOTO 

Hazırda oxunan: Dodağını 32 dəfə böyüdən model görünüşü ilə MƏƏTTƏL QOYDU - FOTO 

108112

Gözəllik arxasınca gedən bəzi qızlar özlərinə nəzarəti itirirlər. Belə ki, bolqarıstanlı Andrea İvanova dodaqlarının formasını bir az dəyişdirmək istəyib və dörd ildən sonra onları böyütmək üçün 32 dəfə estetik prosedur keçirib.

Bizim.Media xəbər verir ki, Andrea prosedurlara nə az nə çox, düz 8 min funt sterlinq (təxminən 16654 manat) xərcləyib.

“Mən rekord arzulayıram, ona görə də döyüşəcəyəm. Mən çox irəli getmişəm və nə qədər pul xərclədiyimi düşünmək belə istəmirəm”, - deyə İvanova bildirib. 25 yaşı tamam olan Andrea doğum günü hədiyyəsi olaraq, çənəsini əməliyyat etmək üçün cərrahlara müraciət edib. Onun məqsədi isə daha bir titul qazanmaqdır – “ən uzun və iti çənə sahibi”.

Həkimlərin fikrincə, belə bir təcrübə uğursuzluqla nəticələnə bilər. Ancaq Andrea üçün bu, onun planlarından imtina etmək üçün səbəb deyil. Çünki onun üçün düşündüyü bu gözəllik daha vacibdir.

Rəşad Əliyev, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin