“Seyid Şuşinski 70 yaşına qədər oxuyub. İndi yaşasaydı, deyərdilər ki, oxuma, artıq təqaüdçüsən”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Aqil Abbas səsləndirib.
Deputat bildirib ki, son zamanlarda teatrlarda yaşlı aktyorları məcburi təqaüdə göndərirlər:
“Rəssama, şairə 65 yaşından sonra demək olarmı ki, çəkmə, yazma? Sənətkarları, aktyorları məcburi qaydada təqaüdə göndərmək düzgün deyil. Sənətkarın yaşı olmaz. Teatrlar özlərindən sanki bir respublika yaradıblar. Mədəniyyət Nazirliyi bu işə bir əncam çəkməlidir. Aktyor təqaüdə çıxıb 260 manatlamı dolansın? Nazirlik bir qərar çıxarmalıdır. Təklif edirəm ki, bu məsələylə bağlı Ədliyyə Nazirliyi ciddi ölçü götürsün”.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:38 / 06.12.2022
Aqil Abbasdan Mədəniyyət Nazirliyinə SƏRT SÖZLƏR: “Bu işlərə əncam çəkilməlidir”
Hazırda oxunan: Aqil Abbasdan Mədəniyyət Nazirliyinə SƏRT SÖZLƏR: “Bu işlərə əncam çəkilməlidir”
Hazırda oxunan: Aqil Abbasdan Mədəniyyət Nazirliyinə SƏRT SÖZLƏR: “Bu işlərə əncam çəkilməlidir”
108102
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.