BVF tərəfindən Azərbaycanda həyata keçirilən layihələr müzakirə olunub

Hazırda oxunan: BVF tərəfindən Azərbaycanda həyata keçirilən layihələr müzakirə olunub

108020

Dekabrın 5-də maliyyə naziri Samir Şərifov Beynəlxalq Valyuta Fondunun (BVF) Qazaxıstan Respublikasında yerləşən Qafqaz, Mərkəzi Asiya və Monqolustan Regional Bacarıqların İnkişafı Mərkəzinin (CCAMTAC) direktoru Norbert Funke ilə görüşüb. 

Maliyyə Nazirliyindən Bizim.Media-ya bildirilib ki, görüşdə Mərkəz tərəfindən Azərbaycanda həyata keçirilən texniki yardım layihələrinin, o cümlədən fiskal risklərin idarə olunması, makrofiskal proqnozlaşdırma və modelləşdirmə, büdcə qanunvericiliyinin təkmilləşdirilməsi üzrə texniki yardım layihələrinin icra vəziyyəti diqqət mərkəzində olub. 

Tərəflər həmçinin, BVF ilə mövcud əlaqələrinin hazırki vəziyyəti və perspektivləri, habelə gələcək inkişaf planları barədə fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin