Bu müğənnilərin psixoloji problemləri var - Psixoloq KİMLƏRİ nəzərdə tutur?

Hazırda oxunan: Bu müğənnilərin psixoloji problemləri var - Psixoloq KİMLƏRİ nəzərdə tutur?

108001

“Bəzi müğənnilər efirdən tez-tez 16 yaşında ərə getdiklərini elan edirlər”.

Bunu Bizim.Media ilə söhbətində psixoloq Gülnarə Abuzərova söyləyib.

O, əlavə edib ki, normalda insan şəxsi həyatını ancaq yaxın adamı ilə bölüşmək istəyir:

“Amma bəzi müğənnilər gündəm yaratmaq üçün öz həyatlarını efirdən elan edirlər. Bəli, məhz elan edirlər. Müğənnilər bu elanları ilə sübut etmək istəyirlər ki, bir xanım olaraq çox erkən yaşlarından seviliblər. Erkən evlilikləri uğursuz olsa belə fəxrlə danışırlar. Və uğursuz evliliyə görə özlərini heç zaman günahkar görmürlər. Bu həmin adamlardakı kompleksin göstəricisidir. Komplekssə insandakı psixoloji problemdir. Amma patoloji hall deyil”.

Psixoloq daha sonra əlavə edib ki, ailə qadınların ən zəif yeridir:

“Hər bir qadın istəyir ki, ailəsi olsun. Ailəsi olmayan qadınlarsa efirdə bunu deməklə həm də özlərinə bir təsəlli vermiş olurlar. Yəni ki, onların da ailəsi olub, uşaqları var və bu gün ancaq karyera haqqında düşünürlər. Ailə onlar üçün artıq vacib deyil. Amma bütün hallarda milyonların qarşısında bunu elan etmək psixoloji məsələdir. Bu özünəgüvənsizliyin işartısıdır, özünə haqq qazandırmaq çabasıdır. Yəni “mən ona görə boşanmışam ki, uşaq ikən məni ərə veriblər. Mən də o zaman ailənin nə olduğunu bilməmişəm”.

Bir sözlə, şəxsi həyatın ictimailəşdirilməsi yaxşı hal deyil. Bunu kimsə edirsə deməli, onun psixoloji problemi var”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin