Ölkə ərazisində hava şəraiti qeyri-sabit keçməkdə davam edir. Digər bölgələr kimi Şamaxıya da ötən gecədən başlayaraq qar yağır.
Bizim.Media xəbər ki, qar ən çox rayonun dağlıq ərazilərinə düşüb.
Belə ki, Pirbəhli, Qızmeydan, Dəmirçi, Ərçiman, Pirqulu, Keçməddin, Zarat, dağ kəndlərində qarın qalınlığı 5-10 santimetrə çatıb. Yağan qar rayonda hələki ciddi problem yaratmayıb.
Hazırda avtomobil yollarında da hər hansı çətinlik yoxdur və Şamaxı-Bakı avtomobil yolu işlək vəziyyətdədir.
Alçina Amilqızı, Bizim.Media