SOYUQ SİLAH məsuliyyəti - Hansı tip BIÇAQLARI üstünüzdə gəzdirsəniz, HƏBS oluna bilərsiniz?

Hazırda oxunan: SOYUQ SİLAH məsuliyyəti - Hansı tip BIÇAQLARI üstünüzdə gəzdirsəniz, HƏBS oluna bilərsiniz?

107901

Son illərin statistikasına nəzər salsaq görərik ki, qətl hadislərinin böyük hissəsi bıçaqla törədilib. 

Bizim.Media olaraq bu məsələyə həm psixoloji, həm də hüquqi aspektdən yanaşmaq istədik. 

Tanınmış psixoloq Vüsalə Əmiraslanova Bizim.Media-yla söhbətində bıçaqlanma hadisələrinin son illər bir xəbər kimi çox yayılmasını qorxunc bir mənzərə yaratdığını söylədi:

“Mətbuatda və sosial şəbəkələrdə bıçaqlanma hadisələrinin müzakirəsinin geniş yer alması insanlarda ikili fikirlər yaradır. Bəziləri bıçaqla cinayət törədəni qınasa da bəziləri ona haqq qazandırır. Bu cür fikirlər də təbii ki, bəzi insanlarda müəyyən qənaət formalaşdırır. Belə adamlar öz aqressiyalarını, etirazlarını danışmaqla deyil, vurmaqla, xəsarət yetirməklə ifadə edirlər. Şüvəlan olimpiya kompleksində baş verən son qətl hadisəsi də bunun sübutudur”.

Psixoloq onu da əlavə etdi ki, burda narkotikdən və spirtli içkilərdən asılılıq faktoru da var:

“Çünki, narkotik və yaxud spirtli içki qəbul edən istənilən şəxs özünənəzarəti itirir. Amma bir faktı biz heç zaman unutmamalıyıq ki, Allah bizə etirazımızı, hətta nifrətimizi belə ifadə etmək üçün nitq verib. Biz insanıq. Bizi heyvanlardan fərqləndirən də məhz şüurumuzdur. Amma, səbəblərin kökünə baxsaq, bıçaqla cinayət törədən insanların çoxunda narkotikdən və spirtli içkilərdən asılılıq var”.

Bəs, üstündə bıçaq gəzdirmək vətəndaşa hüquqi məsuliyyət yaradırmı? Bu suala hüquqşünas Əsabəli Mustafayev belə aydınlıq gətirdi:

“Mətbəx və cib bıçaqlarının üzərində gəzdirməsi vətəndaşa məsuliyyət yaratmır. Bunlar həm də, soyuq silah sayılmır. Amma ov üçün istifadə edilən bıçaqların üzərində gəzdirilməsi hüquqi məsuliyyəti yaradır. Bunun üçün xüsusi lisenziya tələb olunur. Ümumiyyətlə, bıçaqlar konstruksiyasına və ölçülərinə görə məsuliyyət yaradır. Amma yenə deyirəm, mətbəx və cib bıçaqları heç bir məsuliyyət yaratmır”.

Hüquqşünas onu da qeyd etdi ki, CM-nin 228.4 maddəsi var:

“Orada soyuq silahların qanunsuz gəzdirilməsinə görə cəza müəyyən edilib. Burda həm cərimə, həm ictimai işlərə cəlbetmə, həm də ki, bir ilə qədər azadlıqdan məhrumetmə cəzaları var. Bıçaqların kustar yolla hazırlanması da məsuliyyət yaradır. Hər hansı bir cinayət soyuq silah qismindəki alətlə törədilirsə 8 ilə qədər, soyuq silahla və yaxud digər əşyalarla insan həyatına qəsd edilərsə 12 ilə qədər həbs cəzası müəyyən edilib”.

Əsabəli Mustafayev onu da bildirdi ki, bıçaqlarla törədilən cinayətlərin sayı günbəgün artır:

“Ona görə qanunvericiliyə yenidən baxmaq zərurəti yaranıb”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin