Ermənilərin Ağdərə təxribatının PƏRDƏARXASI – “Hücumu törədənlər istintaqa cəlb olunmalıdır”

Hazırda oxunan: Ermənilərin Ağdərə təxribatının PƏRDƏARXASI – “Hücumu törədənlər istintaqa cəlb olunmalıdır”

107891

Xəbər verdiyimiz kimi, dekabrın 3-də Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə faydalı qazıntıların qanunsuz istismarı və bundan əmələ gələn ekoloji fəsadların araşdırılması məqsədilə ekspertlərdən ibarət qrup bölgəyə yollanıb.

Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə keçərək, Xocalıda sülhməramlı qüvvələrin komandanlığı ilə müzakirələr aparıblar.

Lakin elə həmin gün Ağdərə istiqamətinə sülhməramların müşayiət etdiyi mülki kolonumuz ermənilərin hücumuna məruz qaldı. 

Bəs, bu iki hadisə arasında hər-hansı bağlılıq varmı?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, Azərbaycan tərəfi Qarabağda gedən prosesləri sülh yolu ilə nizama salmağa çalışır:
 

MÖVZU İLƏ BAĞLI:

Xankəndi ilə Şuşa arasındakı sülhməramlıların keçid məntəqəsindən yeni görüntülər - VİDEO


“Amma dünən Ağdərə istiqamətində mülki avtomobillərimiz hücuma məruz qalıb. Bütün bunlar Rusiya sülhməramlı kontingentinin öz vəzifə borclarınım tam həcmdə yerinə yetirməməsi ilə əlaqədardır. Əgər Qarabağ ərazisində ruslar silahlıları vaxtında çıxarsa idilər, ermənilər bölgənin əsl sahibi olan azərbaycanlılara qarşı belə bir addım atmağa cürət etməzdilər. Hesab edirəm ki, bu məsələ Azərbaycanın müvafiq güc strukturları tərəfindən dərindən araşdırılmalı, vətəndaşlarımıza hücum edən ermənilərin kimliyi müəyyənləşdirilməli və lazımi tədbirlər həyata keçirilməlidir”.

Ekspert antiterror əməliyyatlarının növbəti mərhələsinin həyata keçirilməsi ehtimalını da qiymətləndirib:

“Bu, tamamilə mümkündür. Antiterror əməliyyatı daha çox erməni silahlılarının bizə qarşı atəşkəsi pozmasına cavab reaksiyası kimi nəzərdə tutulur. Ağdərədəki hadisəni törədən mülki vətəndaşlara qarşı antiterror əməliyyatlarının keçirilməsi isə real görünmür. Yox, əgər bu, silahlı insidentə çevrilərsə və xəsarət alanlar olarsa, təbii ki, yenə də antiterror əməliyyatlarının başlamasını istisna edə bilmərik”.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin