Moskvaya son on ilin ən soyuq qışı gəlir

Hazırda oxunan: Moskvaya son on ilin ən soyuq qışı gəlir

10782

Fobos hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets RİA Novosti-yə bildirib ki, moskvalılar son on ilin ən soyuq qışı ilə qarşılaşacaqlar.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı RİA Novisti agentliyi yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda dumanlı hava iki gün davam edəcək - Nazirlik


Tişkovets qeyd edib ki, bazar ertəsi və çərşənbə axşamı günlərində Skandinaviya siklonu gələcək,  şimal küləyi güclənəcək, üstəlik radiasiya artacaq:

“Gecə mənfi 21-26 (bölgədə mənfi 29), gündüz mənfi 15-20 dərəcə şaxta olacaq. Çərşənbə axşamı temperatur mənfi 20-30-a, gündüz isə mənfi 16-21-ə qədər enəcək”.

"Bu, normadan artıq soyuq sayılır. Temperatur fevral ayında iqlim normasından 15-20 dərəcə aşağı olacaq" deyə o, əlavə edib.

Proqnoza görə, hava bu həftənin sonunda soyumağa başlayacaq: cümə günü termometr mənfi doqquzdan on dördə, şənbə günü gecə mənfi 15-20-yə, gündüz - mənfi 12-17-yə enəcək, bəzi yerlərdə qar yağacaq.

Bakıda isə Rusiya paytaxtından fərqli olaraq temperatur müsbət 7-12 dərəcə arasında dəyişir. Yaxın günlərdə də havanın soyuması gözlənilmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin