Gəncədə baş vermiş qaz partlayışı ilə bağlı rəsmi açıqlama verilib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə, qaz partlayışı mənzildə deyil, bina sakinlərinin ümumi istifadəsində olan xeyir-şər evində baş verib.
MÖVZU İLƏ BAĞLI:
Gəncədə partlayış - 41 yaşlı qadın xəsarət alıb
"Yas mərasimində aşpaz xanım qaz sobasını yandıran zaman qazı çox açmış və yandırmağa ləngidiyindən ani alovlanma qeydə alınıb.
Nəticədə G. Ələkbərova əl və üz nahiyələrinin 3-cü dərəcəli yanıq xəsarətləri alıb. Hazırda xəstəxanada olan G. Ələkbərovanın vəziyyəti normaldır", deyə Ə. Qasımov əlavə edib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu