Zaurla Günay oğullarına təmtəraqlı doğum günü məclisi keçirtdilər – VİDEO 

Hazırda oxunan: Zaurla Günay oğullarına təmtəraqlı doğum günü məclisi keçirtdilər – VİDEO 

107747

Aparıcılar Zaur və Günay Baxşəliyevlər oğulları Davudun 2 yaşı tamam olması münasibəti ilə təmtəraqlı doğum günü məclisi keçiriblər.

Bizim.Media xəbər verir ki, ad günü məclisindən görüntüləri məşhur cütlük sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüblər.

“İllər keçir, yadda qalan anlar olur. Bu anları sevə-sevə sizinlə paylaşırıq. Allah bütün balaları qorusun, olmayanlara nəsib etsin”, - deyə Zaur və Günay yayımladığı videoya şərh yazıblar.

Görüntülərə əsasən, Davudun xoş gününə Zaur və Günayın ailə üzvləri və yaxınları toplaşıb. Onlar birlikdə deyib-gülüb, canlı musiqi sədaları altında rəqs edərək əyləniblər. Məclisin sonunda isə sevilən ailə bir araya gələrək Davudun tortunu kəsiblər.
Qeyd edək ki, Zaur və Günay cütlüyü 10 ildir ki ailəlidir. Televiziya ulduzlarının Davuddan başqa, Dilavər adlı adlı daha bir qız övladı var. İkili ATV kanalında "Bizimləsən" ictimai-sosial verilişin və həmin kanalda həftə sonu "Zaurla Günaydın" səhər şousunun aparıcısıdır.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin