Sülhməramlılar toponimlərin yazılışında günahı Rusiya Müdafiə Nazirliyində gördü – “Biz düz yazırıq, onlar isə...”

Hazırda oxunan: Sülhməramlılar toponimlərin yazılışında günahı Rusiya Müdafiə Nazirliyində gördü – “Biz düz yazırıq, onlar isə...”

107724

"Azərbaycan toponimlərinə hörmətlə yanaşırıq. Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzindən bütün toponimləri Azərbaycan tərəfinin bizə göndərdiyi adlarla yazırıq”.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.

“Təəssüf ki, Rusiya Müdafiə Nazirliyinin saytında bu adlara düzgün əməl edilmir. Lakin qeyd etdiyim kimi, biz sülhməramlılar bütün toponimləri düzgün təqdim edirik. Yoxlaya da bilərsiniz", - deyə Volkov qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Müdafiə Nazirliyi növbəti dəfə Rusiya sülhməramlılarına ÇAĞIRIŞ ETDİ  


Qeyd edək ki, artıq bir neçə gündür Azərbaycan Müdafiə Nazirliyi məlumat yayaraq bildirir ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında Azərbaycan ərazilərinin adları uydurma erməni toponimləri ilə qeyd olunmaqdadır.

Bildirilib ki, bu yanlış ifadələrin istifadə olunmaması ilə bağlı MN tərəfindən dəfələrlə edilən müraciətlərə etinasız yanaşılıb.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi növbəti dəfə israrla bildirib ki, yaşayış məntəqələrimizin adlarının düzgün qeyd olunmaması yolverilməzdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin