İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldonun koronavirus testi növbəti dəfə pozitiv çıxıb.
Bizim.Media-nın ölkənin yerli mətbuatına istinadən məlumatına görə, Portuqaliya millisinin üzvü karantinə davam edəcək.
Bu isə onun Turin klubunun daha bir neçə oyununu buraxacağı anlamına gəlir. 35 yaşlı ulduz futbolçu Çempionlar Liqasının II turunda İspaniya təmsilçisi “Barselona” ilə keçiriləcək matçda da oynamayacaq.
Qeyd edək ki, “Yuventus” – “Barselona” oyunu oktyabrın 28-də Turində keçiriləcək.
Bizim.Media