Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq həbs edilən Mədəniyyət Nazirliyinin şöbə müdiri İlkin Nəsibovun yerinə təyinat olub.
Bizim.Media-ya bu barədə Mədəniyyət Nazirliyinin mətbuat katibi Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə nazir Anar Kərimovun müvafiq əmri ilə Mədəniyyət Nazirliyinin Təchizat və Əmlak Şöbəsinin müdiri vəzifəsi Elmir Ağayeva həvalə edilib. O, həmin şöbədə müdir müavini vəzifəsində çalışır.
Qeyd edək ki, İlkin Nəsibov Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə (mənimsəmə və ya israf etmə) həbs edilib, nazir müavini Elnur Əliyev vəzifəsindən azad olunub.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:55 / 03.12.2022
DTX-nin həbs etdiyi şöbə müdirinin yerinə TƏYİNAT olub
Hazırda oxunan: DTX-nin həbs etdiyi şöbə müdirinin yerinə TƏYİNAT olub
Hazırda oxunan: DTX-nin həbs etdiyi şöbə müdirinin yerinə TƏYİNAT olub
107650
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.