Bakı və Beyləqanda sexlərdə partlayış olub, xəsarət alanlar var.
Bizim.Media "report.az"a istinadən xəbər verir ki, dekabrın 2-də Xəqani İsmayılov Binəqədi rayonunda icarəyə götürdüyü avtomobil təmir sexində hava balonunun partlaması nəticəsində xəsarət alıb.
Bundan başqa, eyni gündə İmanov Arif Ramazan oğlu Beyləqan şəhəri, Sevil Qazıyeva küçəsində yerləşən özünə aid təkər təmiri sexində Əliyev Azər Yusif oğlunun gətirdiyi istilik sisteminin tərkib hissəsi olan genişlənmə çəninə hava vurub.
Nəticədə çən partlayıb və Arif İmanov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Hər iki faktla bağlı rayon prokurorluqlarında araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:25 / 03.12.2022
Bakı və Beyləqanda PARTLAYIŞ - Xəsarət alanlar var
Hazırda oxunan: Bakı və Beyləqanda PARTLAYIŞ - Xəsarət alanlar var
Hazırda oxunan: Bakı və Beyləqanda PARTLAYIŞ - Xəsarət alanlar var
107639
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.