Ermənistan silahlı qüvvələrinin polkovniki rüşvətə görə tutulub.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) mətbuat xidməti məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Qarabağda Azərbaycana qarşı döyüşdə ağır yaralanan generala İrəvanda vəzifə verildi
Məıumata görə, polkovnik 2020-ci il sentyabrın 13-də əsgər anasından hərbi qulluqçunun başqa hərbi hissəyə köçürülməsi üçün 2 min dollar tələb edib.
Polkovnik hərbi xidmətə çağırılan başqa bir əsgəri müharibəyə göndərməmək üçün onun valideynlərindən 2500 dollar istəyib.
Bu kimi xidmətlərə görə, başqa bir vətəndaşdan 10 000 dollar tələb edib.
Milli Təhlükəsizlik Xidmətindən bildirilib ki, polkovnik hərbi hospitalda işə düzəltdiyi şəxslərə hərbi rütbələrin verilməsi üçün təxminən 3 min dollar alıb.
Tutulan şəxs müharibə zamanı Ermənistan silahlı qüvvələrinin bir zabitini Syünikidəki xəstəxanadan İrəvana geri çağırılmasını təşkil edib və bundan sonra onu arxa cəbhəyə keçirib.
Bunun qarşılığında pul alıb.
Polkovnikin müharibə dövründə bir hərbi qulluqçunun Qarabağdakı hərbi hissədən qaçmasını ört-basdır etdiyi də məlum olub.
Ermənistan ordusunun polkovniki Lusakertdəki hərbi hissədən bir çağırışçının cəbhəyə göndərilməməsi qarşılığında isə 200 min dram alıb.
Onunla bərabər, təxminən on nəfərə yaxın şəxs də saxlanılıb.
Bizim.Media