Ukraynanı tərk edənlərin sayı 14,5 milyon nəfəri ötüb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının insan hüquqları üzrə nümayəndəsi Dmitriya Lubintsa bildirib.
O qeyd edib ki, fevralın 24-dən sonra 14,5 milyon ukraynalı ölkəni tərk edib:
"12 milyona qədər vətəndaşımız Avropaya üz tutub. 7,7 milyon ukraynalı isə Aİ-də qaçqın kimi qeydiyyatdadır. Ölkə daxilində köçkünlərin sayı isə 4,4 milyon nəfərdir” – deyə D.Lubintsa bildirib.
Bizim.Media