Qondarma rejimdən Azərbaycan bayrağının Xankəndinin mərkəzində dalğalanacağı haqda AÇIQLAMA

Hazırda oxunan: Qondarma rejimdən Azərbaycan bayrağının Xankəndinin mərkəzində dalğalanacağı haqda AÇIQLAMA

10740

Dağlıq Qarabağda qondarma rejimin “Təhlükəsizlik Şurası”nın katibi Vitali Balasanyan Xankəndinin mərkəzindəki dövlət binalarına Azərbaycan bayraqlarının asılacağı barədə yayılan xəbərlərə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı erməni mediası verib.
 

MÖVZU İLƏ BAĞLI:

Köçəryan qanunları pozub Xankəndinə gəldi


Balasanyan açıqlamasında bu söz-söhbətlərin doğru olmadığını deyib.

O, “Qarabağ Müdafiə Ordusu”nun ləğvi ilə bağlı mətbuatda və sosial mediada yayılan məlumatlara da münasibət bildirib.

"Demək istəyirəm ki, “Qarabağın strukturları” indi müqavilə əsasında peşəkar hərbi hissələrin yaradılması məsələsi ilə məşğul olur. Bu, əhalinin qorunması və sərhədlərin toxunulmaması məqsədi ilə edilir", - Balasanyan əlavə edib.

“Təhlükəsizlik Şurasının katibi” Xankəndi və Əsgəran yaxınlığındakı bəzi yaşayış məntəqələrinin azərbaycanlılar tərəfindən məskunlaşacağı və azərbaycanlıların Xankəndi mağazalarında sərbəst alış-veriş etdikləri barədə danışıqları təkzib edib.

Balasanyanın sözlərinə görə, bu kimi şayiələr əsassızdır.

“Katib” qeyd edir ki, itkilərə baxmayaraq, “Qarabağ rəhbərliyi” sakinlərin təhlükəsizliyini qorumağa hər zaman hazırdır. 

Balasanyan səlahiyyətlilərin Qarabağdakı normal həyatı bərpa etmək üçün hər şeyi edəcəyini əminliklə bildirib.

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan liderləri – İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan Qarabağda atəşkəsə dair birgə bəyanat qəbul ediblər. Bəyanata görə, Dağlıq Qarabağda tam atəşkəs 10 noyabrda qüvvəyə minib. 

Atəşkəsə və döyüş əməliyyatlarına nəzarət etmək üçün Rusiya Federasiyasının sülhməramlı kontingenti bölgəyə yerləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin