"Neftçi"nin Müşahidə Şurasında DƏYİŞİKLİK – Emin Əmrullayev, Rövşən Nəcəf və digərləri…

Hazırda oxunan: "Neftçi"nin Müşahidə Şurasında DƏYİŞİKLİK – Emin Əmrullayev, Rövşən Nəcəf və digərləri…

107393

"Neftçi"nin Müşahidə Şurasın (MŞ) tərkibində dəyişikliklər olub. 

Bizim.Media xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib. 

Məlumata görə, əvvəlki MŞ sədri Çingiz Abdullayevi SOCAR prezidenti Rövşən Nəcəf əvəzləyib. 

Həmçinin, Elm və təhsil naziri Emin Əmrullayev, Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-polkovnik Orxan Sultanov, Elnarə Məmmədova və Hafiz Zeynalov Müşahidə Şurasına yeni üzv seçiliblər. 

Əvvəlki heyətdən yalnız Zaur Qəhrəmanovla Səməd Qurbanov öz vəzifələrində qalıblar.

Müşahidə Şurasının əvvəlki üzvləri Cəbrayıl Cəbrayılov, Fərhad Bədəlbəyli və Mehdi Nəcəfov isə klubdan ayrılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin