Türkiyənin parlaq ulduzu, aktrisa Demet Özdemir Azərbaycana gəlib.
Bizim.Media xəbər verir ki, sənətçinin Bakıya gəlməsinin səbəbi ölkəsində siması olduğu nüfüzlu "Altın Kelebek" mükafatlanma mərasimidir.
Ulduzların yer aldığı gecədə xüsusi qonaq qismində iştirak edən Demet səhnəyə çıxaraq ikinci dəfə Bakıya gəldiyinindən qürur duyduğunu söyləyib.
Sevilən aktrisa Azərbaycan xanımlarının gözəl və füsünkar olduğunu dilə gətirib. Mərasimdə Xalq artisti Röya Ayxanın da çıxışı gözlənilir.
Xatırladaq ki, Türkiyənin nüfuzlu “Altın Kelebek” mükafatına layiq görüləcək Azərbaycandan namizədlər aparıcı-aktrisa Turanə Hüseynli, müğənnilər Ayaz Babayev və "İlahi" mahnısı ilə sosial şəbəkələrdə məşhurlaşan "Nazryn"ındir. Onlar gecədə "Azərbaycanın parlayan ulduzu" kateqoriyasında mübarizə aparacaqlar.
Rəşad Əliyev, Bizim.Media