Kirayə mənzillərə dair yeni HÜQUQLAR MÜƏYYƏNLƏŞİR

Hazırda oxunan: Kirayə mənzillərə dair yeni HÜQUQLAR MÜƏYYƏNLƏŞİR

107340

Satmaq öhdəliyi ilə verilən kirayə mənzillərə dair sahə mülkiyyətçisinin hüquqları müəyyənləşir.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilmiş Mənzil Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahəsi kirayəçinin istifadəsinə verildiyi tarixdən kirayə hüquq münasibətlərinə xitam verilənədək çoxmənzilli binanın sahə mülkiyyətçisinə məxsus hüquq və vəzifələr həmin kirayəçiyə verilir. 

Kirayəçi sahə mülkiyyətçisinə məxsus hüquq və vəzifələri, o cümlədən ümumi əmlaka sərəncam verilməsinə dair sahə mülkiyyətçisinin səlahiyyətlərini yalnız yaşayış sahəsinin mülkiyyətçisinin yazılı razılığı əsasında həyata keçirə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin