Həyatını divanda uzanaraq keçirən BÜRCLƏR – Bəziləri tənbəllikdən, əksəriyyəti isə...

Hazırda oxunan: Həyatını divanda uzanaraq keçirən BÜRCLƏR – Bəziləri tənbəllikdən, əksəriyyəti isə...

107337

Bəzi insanların tənbəl olduqları, hərəkəti sevmədikləri bəllidir. Lakin bu vəziyyəti ifrat həddə çatdıranlar da var. Söhbət, bütün gününü divanda və ya yataqda uzanaraq keçirən şəxslərdən gedir. Təbii ki, ən pik həddə tənbəllik insanların bürcləri ilə də bağlıdır.

Bizim.Media bütün gününü divanda keçirən bürclərin siyahısını təqdim edir.

1. Buğa

Tənbəllik deyərkən, ilk ağıla gələn insanlar heç şübhəsiz buğalardır. Bu bürcün nümayəndələri ayaqlarını uzadıb, dincəlməkdən zövq alırlar. Ona görə də bütün günlərini evdə keçirməyi istəyirlər. Sosial həyatları inkişaf etmiş olsa belə azacıq yorğunluq hiss edən kimi, dərhal evin yolunu tutur, saatlarla yatır, oyandıqdan sonra belə saatlarla uzanmağa davam edirlər.

2. Balıqlar

Həyatını uzanaraq keçirən insanlar heç də həmişə bunu tənbəllikdən etmirlər. Balıqlar da bu istisnaya daxildir. Onlar üçün divanda keçirdikləri vaxt xəyalları ilə baş-başa qalmaq imkanıdır. Bu bürcün nümayəndələri bütün günü rahat yerdə uzanıb, xəyal quraraq yaşaya bilərlər. Elə bu vəziyyətdə də yuxuya gedirlər. Bu səbəbdən balıqlar bütün həftə sonunu yataqda serial izləyərək keçirə bilərlər.

3. Oxatan

Macərapərəst və gəzməyi sevən oxatanların da divan sevdası  böyükdür. Onlar gəzməkdən vaxt tapıb, evdə olduqları vaxtı divanın üzərində televizora baxaraq keçirirlər. Evdə olduqda onların tənbəllik özəlliyi aktivləşir. Onlar ayaq üstə dayanmağa nifrət edirlər. Sosial həyatlarında heç bir problemləri olmasa da, məsuliyyətli olmaq vaxtı çatanda dərhal evə gedib və sevimli yerləri olan divana üz tuturlar. 

4. Dolça

Dolçalar işlərini cəld, ən qısa müddətdə həll etməyi sevən və bunu yaxşı bacaran insanlardır. Lakin bu özəllikləri heç də hər zaman məsuliyyətli olmalarından irəli gəlmir.

Dolçalar, sadəcə işlərini tez həll edib divanda rahat, heç kim tərəfindən narahat edilmədən uzanmağı arzulayırlar. Əgər heç bir məcburiyyətləri və ya ölüm-qalım məsələləri yoxdursa, dolçalar bütün həftəsonunu divanda keçirmək potensialına malik insanlardır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin