TƏBİB 5 aylıq hamilə qadının ölümü ilə bağlı açıqlama verib.
Bizim.Media xəbər verir ki, məlumatda Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 30.11.2022-ci il tarixdə saat 03:55-də çağırış daxil olduğu bildirilir.
MÖVZU İLƏ BAĞLI:
Binəqədidə gənc hamilə qadın öldü
Qeyd olunur ki, briqada saat 04:11-də ünvana çatdıqda həkimə qədər ölümlə rastlaşıb. Buna baxmayaraq, ailənin təkidi ilə meyit təcili yardım avtomobili ilə tibb müəssisəsinə aparılıb.
Hüquq-mühafizə orqanlarına məlumat verilib və meyit aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, hadisə Binəqədi rayonu II Mədən, Korpus 71, ev 1 ünvanında qeydə alınıb. 2002-ci il təvəllüdlü Nəzrin Həsənova hamiləliklə əlaqədar qanaxmaya düşərək ölüb. Onun 5 aylıq hamilə olduğu bildirilib. Hadisə ilə bağlı araşdırma aparılır.
Bizim.Media