Xəbər verdiyimiz kimi, ötən axşam “Təsir dairəsi” ictimai-sosial verilişində ekspertlər vəkil Şəfiqə Nağıyeva ilə şair Anar Vəziroğlu arasında qalmaqal yaşanıb. Şair vəkilə qəzəblənərək onu təhqir edib və üzərinə su atıb.
Bizim.Media xəbər verir ki, Ş.Nağıyeva “Ümid ilə gəl” ictimai-sosial proqrama çıxaraq baş verən qalmaqallı hadisədən söz açıb.
“Anar müsahibə verəndə deyir ki, Şəfiqə bir verilişdən çıxıb, digərinə gedir. Dünən mənə “Ərdə qalmayan arvadlar kimi...” sözlərini söylədi. Bu insan bilmir nə danışır. Ağzından çıxan sözləri bilmir. Anar, qulaqlarını aç, məni yaxşı eşit.
Hansı veriliş mənə yaxşıdırsa, o verilişə gedirəm və oraya özüm çıxıram. Heç kim məni verilişlərə çıxarmır.
Bu gün qalib mənəm. Anar verilişdə məni təhqir edən hərəkətlər etdi. Onun təhqirini isə özümə aid etmirəm. Çünki, o, aciz bir insandır. Mən xalqın mənafeyini öz mənafeyimdən üstün tuturam. İnsan məğlub olanda da, kişi kimi başını dik tutar”, - deyə Ş.Nağıyeva söyləyib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:03 / 01.12.2022
Şairin təhqir etdiyi vəkildən sərt REAKSİYA - VİDEO
Hazırda oxunan: Şairin təhqir etdiyi vəkildən sərt REAKSİYA - VİDEO
Hazırda oxunan: Şairin təhqir etdiyi vəkildən sərt REAKSİYA - VİDEO
107296
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.