Aşıq Telli plastik əməliyyat iddialarına CAVAB VERDİ – VİDEO 

Hazırda oxunan: Aşıq Telli plastik əməliyyat iddialarına CAVAB VERDİ – VİDEO 

107249

Aşıq Telli Borçalı xarici görünüşünü dəyişdirmək üçün plastik əməliyyat etdirməsi ilə bağlı söz-söhbətlərə aydınlıq gətirib.

Bizim.Media xəbər verir ki,  bu barədə sənətçi qonaq olduğu “7 canlı” axşam şousunda danışıb.

Sözügedən verilişin aparıcısı  Vüsalə Əlizadə “Bir müğənnidən eşitdim ki, Telli plastik əməliyyat etdirəcək. Hətta sizi həkimlə görüşəndə görənlər olub” xanım aşığa sual ünvanlayıb. 

Telli isə haqqında yayılan bu xəbərin yalan olduğunu bildirib.

“Belə şey olmayıb. Hansı həkimdirsə, mənə göstərsinlər. Bu bərəkət haqqı əməliyyat etdirməmişəm. Plastik əməliyyat etdirənlərə də pis baxmıram. Bədənimin heç bir yerində plastik əməliyyat etdirməmişəm. Nə də ki, həkimlə görüşmüşəm. Elətdirsəm də, deyərəm. Burada nə var ki? Qəbahət yoxdur. Plastik əməliyyatlardan da qorxuram”, - deyə T.Borçalı vurğulayıb.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin