Hulusi Akar amerikalı həmkarı ilə danışdı – Regional məsələlər müzakirə olunub

Hazırda oxunan: Hulusi Akar amerikalı həmkarı ilə danışdı – Regional məsələlər müzakirə olunub

107209

Türkiyə milli müdafiə naziri Hulusi Akar amerikalı həmkarı Lloyd Ceyms Ostin ilə telefon danışığı aparıb. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

Qeyd olunub ki, danışıq zamanı ikitərəfli və regional müdafiə məsələləri müzakirə edilib. 

Bundan əlavə, iki ölkənin vacib müttəfiq olduğunu xatırladan nazir Akar, antiterror əməliyyatlarının Türkiyənin özünümüdafiə hüququ çərçivəsində aparıldığını bildirib. Hulusi Akar hədəfin yalnız terrorçular olduğunu vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin