Ağ Ev Ukraynaya yardım üçün Konqresə ümid edir

Hazırda oxunan: Ağ Ev Ukraynaya yardım üçün Konqresə ümid edir

107202

Ağ evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə əlaqələndiricisi Con Kirbi ənənəvi brifinq keçirib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, o, birifinqdə bir sıra vacib məsələlərə toxunub. 

C. Kirbi bildirib ki, Ağ Ev ümid edir ki, Konqres Ukraynaya dəstək üçün ABŞ administrasiyasına daha 37,7 milyard dollar ayırmağa razı olacaq.  

Qeyd edək ki, bundan əvvəl ABŞ administrasiyası Konqresə büdcə sorğusu göndərib və bu sorğuda o, xüsusilə Kiyevə müxtəlif yardımların göstərilməsi üçün daha 37,7 milyard dollar istəyib. 
Kirbi bildirib ki, bu məbləğin 21 milyard dolları təhlükəsizlik yardımına və ya Ukraynaya silah tədarükü ilə bağlı Pentaqonun ehtiyatlarının artırılmasına xərclənməsi planlaşdırılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin