“Nüvə silahına malik ölkələr öz aralarında hər hansı hərbi qarşıdurmadan çəkinməli, o cümlədən adi silahlardan istifadə etməməlidirlər”.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Xarici işlər naziri xatırladıb ki, Rusiya Federasiyasının təşəbbüsü ilə bu ilin əvvəlində BMT Təhlükəsizlik Şurasının iclasında nüvə müharibəsində heç bir ölkənin qalib ola bilməyəcəyi və bu müharibənin heç vaxt başlanılmayacağı təsdiq edilib.
Lavrovun fikrincə, Rusiyanın bu məsələdə mövqeyi təkcə nüvə silahı ilə bağlı deyil:
“Belə bir müharibənin yolverilməzliyi ilə yanaşı, hətta nüvə gücləri arasında adi silahlardan istifadə olunaraq hər hansı hərbi toqquşmadan qaçmaq lazımdır, çünki bu halda eskalasiya idarəolunmaz hal ala bilər”.
Lavrov çıxışında Qərbin Ukrayna-Rusiya müharibəsindəki mövqeyini şərh edərək bildirib ki, rəsmi Moskva Qərbin Ukraynada Rusiyaya qarşı başlatdığı müharibə və qlobal təhlükəsizlik kontekstində NATO-nun sürətli təkamülündən narahatdır.
“Qərb təkcə Rusiya ilə münasibətlər baxımından deyil, ümumiyyətlə, dünya siyasətində öz yerini yenidən düşünməlidir”,- deyə XİN rəhbəri qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:43 / 30.11.2022
Lavrovdan nüvə dövlətlərinə ÇAĞIRIŞ – “Gərginlik idarəolunmaz ola bilər” - VİDEO
Hazırda oxunan: Lavrovdan nüvə dövlətlərinə ÇAĞIRIŞ – “Gərginlik idarəolunmaz ola bilər” - VİDEO
Hazırda oxunan: Lavrovdan nüvə dövlətlərinə ÇAĞIRIŞ – “Gərginlik idarəolunmaz ola bilər” - VİDEO
107169
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.