Nazirlikdən PKK-nı təbliğ edən filmin Bakıda yayımı ilə bağlı AÇIQLAMA 

Hazırda oxunan: Nazirlikdən PKK-nı təbliğ edən filmin Bakıda yayımı ilə bağlı AÇIQLAMA 

107110

Mövcud qanunvericiliyə əsasən ölkə ərazisində kütləvi nümayiş üçün nəzərdə tutulan yerli və xarici filmlər Mədəniyyət Nazirliyi tərəfindən Dövlət Reyestrində qeydiyyata alınaraq Yayım vəsiqəsi ilə təmin edildikdən sonra kino nümayişi müəssisələrində tamaşaçılara təqdim olunur. 

Bizim.Media xəbər verir ki, bu barədə Mədəniyyət Naziriliyinin mətbuat katibi Nuridə Allahyarova sosial şəbəkə hesabında yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Almaniya səfirliyi PKK-nı təbliğ edən filmi Bakıya gətirib? – RƏSMİ AÇIQLAMA


""Odda - İki bacı" filmi ilə bağlı bildiririk ki, sözügedən filmə Nazirlik tərəfindən Yayım vəsiqəsi verilməyib və istər Nazirliyin tabeliyində fəaliyyət göstərən Nizami Kino Mərkəzində, istərsə də ölkədəki özəl kinoteatrlarda həmin filmin nümayişi nəzərdə tutulmayıb.

Filmin qeyri-kino profilli hansısa məkanda nümayişinə gəldikdə isə bildiririk ki, bu kimi məsələlərin həlli Mədəniyyət Nazirliyinin səlahiyyətlərinə daxil deyil. 

Bununla belə,  nazirlik sözügedən filmin qeyri-kino profilli müəssisədə nümayişini məqbul hesab etmədiyini bildirir", - deyə nazirlik rəsmisinin açıqlamasında bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin