Almaniya səfirliyi PKK-nı təbliğ edən filmi Bakıya gətirib? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Almaniya səfirliyi PKK-nı təbliğ edən filmi Bakıya gətirib? – RƏSMİ AÇIQLAMA

107099

Xəbər vermişdik ki, bu gün sosial şəbəkələrdə yayılan məlumatlara görə, “Almaniyanın Bakıdakı səfirliyi və Aİ-nin Azərbaycandakı nümayəndəliyi PKK-nı dəstəkləyən "Odda - İki bacı" filmini yayımlamağa hazırlaşır”.

Məlumatda o da bildirilir ki, “Azərbaycan kinoteatrları bu filmi yayımlamaqdan imtina ediblər. Türkiyəyə qarşı olan və terrorizmi dəstəkləyən filmin gələn həftə başqa məkanda yayımlanacağı bildirilir”.

Məlumata aydınlıq gətirmək üçün Almaniyanın ölkəmizdəki səfirliyi ilə əlaqə saxladıq. 

Səfirlikdən Bizim.Media-ya bildirildi ki, əgər bir məlumat bizim səfirliyin internet səhifəsində yayımlanmayıbsa, deməli o dezinformasiyadır:

“Sualınıza daha ətraflı rəsmi şəkildə münasibət bildirəcəyik”.

Məsələnin vacibliyini nəzərə alaraq araşdırmamızı davam etdirəcəyik.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin