Bakıda xəstə övladı olan insanlara qarşı dələduzluq - TƏFƏRRÜAT

Hazırda oxunan: Bakıda xəstə övladı olan insanlara qarşı dələduzluq - TƏFƏRRÜAT

107083

Bakıda dələduzluq etməkdə ittiham olunan Milli Fədailər Hərəkatının mətbuat katibi Fərid Abdinovun apellyasiya şikayətinə baxılıb. 

Bizim.Media xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Zəki Babayevin sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub. 

Qərara görə, onun cəzasının yüngülləşdirilməsi barədə verdiyi şikayət təmin olunmayıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hömü ilə Fərid Abdinov 7 il azadlıqdan məhrum edilib.

Qeyd olunub ki, vətəndaşlar Ülkər Əsədova, Kəmalə İsmayılova, Balağa Nəbizadə, Aysel Abdinova və Ellan Eynullayev Daxili İşlər Nazirliyinə müraciət edərək Bakı şəhər sakini Fərid Abdinovun onlara müxtəlif vədlər verərək etibarlarından sui-istifadə etməklə külli miqdarda pul vəsaitlərini ələ keçirdiyini bildiriblər.

Vətəndaşların şikayətləri araşdırılıb və onların F.Abdinov barədə qeyd etdikləri qanunsuz əməllər təsdiqini tapıb.

Müəyyən edilib ki, F.Abdinov dələduzluq yolu ilə zərərçəkənlərin ümumilikdə 178 min manat pulunu ələ keçirib.

Qeyd edək ki, Fərid Abdinovun şəhid ailələrini aldadaraq, onlardan pul alması barədə məlumatlar yayılıb. İddia olunub ki, o, xəstə övladı olan insanlardan müxtəlif məbləğlərdə pul alaraq, onlara müxtəlif vədlər verib, onların etibarından sui-istifadə edərək vəsaitlərini ələ keçirib. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin