Bu ilin noyabr ayında elmi dərəcə və elmi ad verilmiş, yaxud verilməsindən imtina edilmiş iddiaçıların sayı açıqlanıb.
Prezident yanında Ali Attestasiya Komissiyasından Bizim.Media-ya bildirilib ki, cari ayda 28 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.
Noyabr ayında 43 nəfərə fəlsəfə doktoru, 6 nəfərə elmlər doktoru dərəcəsi verilib. Həmin müddətdə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 25 nəfərə, elmlər doktoru elmi dərəcəsi almaq istəyən 3 nəfərə isə imtina cavabı gəlib.
Həmçinin noyabr ayı ərzində 22 nəfərə dosent, 2 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 2 nəfərə, professor elmi adı almaq istəyən 1 nəfərə isə imtina verilib.
Bizim.Media