Qroznıda koronavirusla mübarizə üzrə əməliyyat qərargahının iclası keçirilib. İclas zamanı Moskvada baş tutan icazəsiz mitinqdə polis əməkdaşları ilə dava edən Səid-Məhəmməd Cumayevlə bağlı hadisəyə də toxunulub.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Rusiya mediası verib.
MÖVZU İLƏ BAĞLI:
Kadırov yeni idman kompleksinə oğlunun adını qoydu
Mənbə yazır ki, Çeçenistanın başçısı Ramzan Kadırovun da vurğuladığı kimi, bir gəncin belə bir hərəkəti qəhrəmanlıq deyil, qanuna görə cavab verməli olduğu bir cinayətdir.
Bu barədə "Çeçenistan bu gün" nəşri xəbər yayıb.
Kadırov ayrıca çeçen xalqının düşməni olan müxalifət lideri Aleksey Navalnını heç bir çeçenin dəstəkləmədiyini qeyd edib:
“Bir çox Rusiya KİV-ləri yalnız bu insidenti müzakirə edərək, gəncin milliyətini qabardıblar”.
Bizim.Media