Şəmkirdə qardaş qardaşa bıçaqla xəsarət yetirib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Kür qəsəbəsində baş verib.
1978-ci il təvəllüdlü Anar Babayev bədəninin kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyata götürülüb. Hazırda onun vəziyyətinin stabil olduğu bildirilir.
İlkin məlumata görə A.Babayev öz qardaşı tərəfindən bıçaqlanıb. Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media Qərb bürosu