Ukrayna işıqla yanaşı, susuz da qala bilər - İri İES və SES-lər ZƏDƏLƏNİB  

Hazırda oxunan: Ukrayna işıqla yanaşı, susuz da qala bilər - İri İES və SES-lər ZƏDƏLƏNİB  

106990

Ukraynada rusların kütləvi raket zərbələri nəticəsində bütün iri istilik elektrik stansiyaları (İES) və su elektrik stansiyaları (SES) zədələnib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Ukrenerqo”nun rəhbəri Volodimir Kudritski məlumat verib. 

“Mən hər bir hücumun konkret nəticələri barədə təfərrüatlara varmaq istəmirəm. Lakin onu deyə bilərəm ki, oktyabrın 10-da edilən 7 raket hücumu zamanı Ukraynanın bütün əsas istilik və su elektrik stansiyaları zədələnib”, - deyə Kudritski bildirib. 

Qeyd edək ki, oktyabrın 10-dan Rusiya Silahlı Qüvvələri Ukraynanın kritik infrastrukturuna intensiv raket zərbələri endirib.

Ölkənin enerji obyektlərinə sonuncu iri hücum isə, noyabrın 23-də baş verib. Partlayışlar barədə Kiyev, Lvov, Krivoy Roq, Vinnitsa, Xmelnitski, Rivne və Ukraynanın digər vilayətlərinin hakimiyyət orqanları məlumat yayıb. 
Həmin vaxt “Ukrenerqo” ölkənin bütün regionlarında elektrik enerjisinin fövqəladə vəziyyət səbəbindən kəsildiyini elan edib.  

Ölkənin Energetika Nazirliyinin məlumatına görə, Ukrayna elektrik stansiyalarının əksəriyyəti işləri dayandırıb. Həmçinin, bütün atom elektrik stansiyaları (AES) və əksər istilik elektrik stansiyaları və su elektrik stansiyaları da müvəqqəti olaraq dayandırılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin