“Sürücülər üçün edilən dəyişiklikdə ziddiyətlər var” - EKSPERT

Hazırda oxunan: “Sürücülər üçün edilən dəyişiklikdə ziddiyətlər var” - EKSPERT

10697

Dayanma-durma ilə bağlı yol hərəkəti qaydasında edilən dəyişiklik layihəsində ziddiyətlər var.

Bunu Bizim.Media-ya nəqliyyat üzrə ekspert Elməddin Muradlı söyləyib.

“Avtomobillərin dayanma-durma qaydası müzakirə olundu. Dəyişiklik Milli Məclisdə birinci oxunuşunda artıq qəbul edilib. Bu dəyişiklik İnzibati Xətalar Məcəlləsi və Yol Hərəkəti haqqında qanunda qeyd edilib. Sadəcə olaraq bunun ziddiyyətli məqamları ortaya çıxıb".

 

MÖVZU İLƏ BAĞLI:

Tıxac!!! “Dayanacaq üçün nəzərdə tutulan yerlər satılıb” – EKSPERT

Marşrutlarda yenə sıxlıq var - BNA hansı addımları atacaq?


"Qanunda yazılır ki, 24 saat ərzində 346-cı maddənin tələblərini pozan şəxs yalnız 1 dəfə cərimə olunacaq. Bu da o deməkdir ki, dayanma-durmanı pozan sürücüyə 24 saat ərzində 2-ci cərimə yazıla bilməz".

"Millət vəkilləri isə fərqli-fərqli açıqlamalar verirlər. Deyirlər ki, qanunun dispozisiyasında dəyişiklik yaranıb".

Bu ziddiyəti aradan qaldırmaq lazımdır. Qanunda belə ziddiyyətli fikirlər yazmaq olmaz. Biz deyir ki, qanunlar sadələşdirməli, ikibaşlı sözlər olmamalıdır. Lakin tam təsirinə baş verir”.
Ekspert vurğulayır kı, qanun layihəsində bir cür yazılır, deputatar bir söz danışır:
 

“Dəyişikliyi heç aidiyatı qurumlar da başa düşməyiblər. Bu yeniliyi adi vətəndaşlar da başa düşmür. Hətta, biz özümüzdə yeniliyin dəqiq nədən ibarət olduğunu anlaya bilmirik. Əvvəl dedilər ki, məsələn, sürücü Həsən Əliyev küçəsində dayanma- durmanı pozarsa ona bir cərimə yazılır".


"24 saat ərzində həmin küçədə 2-ci bir cərimə yazıla bilməz. Amma gedib Moskova prospektində daynma - durmanı pozasa orada yazılacaq. Milli Məclisin saytında layihəni oxudum".

"Orada belə bir cümlə yazılıb. Deyilir ki, 346 maddənin tələbini pozmağa görə gün ərazində sürücülərə bir dəfə cərimə yazıla bilər".

Neftçilər prospektində bir dəfə cərimə olunub. İndi təsəvür edin sürücü 28 mayda 3-cü zolaqda saxlayıb gedir ki, 2-ci dəfə cərimə olunmayacaq. Bu ziddiyyətə aydınlıq gətirilməlidir”.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin