“Rusiya sülhməramlılarının Azərbaycan toponimlərini erməni adıyla təqdim etməsi qəbuledilməzdir”.
Bizim.Media xəbər verir ki, bunu Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.
“Belə görünür ki, Rusiya sülhməramlıları 10 noyabr Bəyannaməsinə hörmətsiz yanaşırlar. O protokolu həm də onların prezidenti Putin də imzalayıb. Biz Regional komitə olaraq Rusiya Regional komitəsinə məruzə hazırlamışıq.
Onsuz da ermənilər tərəfindən Qərbi Azərbaycanda bizim xeyli toponimlərin adı dəyişdirilib. Bizim toponimlərin adı ərazilərimiz işğalda olarkən dəyişdirilmişdi, indi isə vəziyyət dəyişib. Belə olan halda rus sülhməramlıların separatizmi dəstəkləməsi heç də düzgün hal deyil. Əgər onlar öz missiyasını yerinə yetirə bilmirlərsə, getsinlər”, - deyə deputat əlavə edib.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:29 / 29.11.2022
“Sülhməramlılar missiyalarını yerinə yetirə bilmirlərsə, getsinlər” – Siyavuş Novruzov
Hazırda oxunan: “Sülhməramlılar missiyalarını yerinə yetirə bilmirlərsə, getsinlər” – Siyavuş Novruzov
Hazırda oxunan: “Sülhməramlılar missiyalarını yerinə yetirə bilmirlərsə, getsinlər” – Siyavuş Novruzov
106892
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.