Qida təhlükəsizliyi sahəsində yeni rüsumlar müəyyənləşir.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan və parlamentə tövsiyə edilən “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, qida təhlükəsizliyi ilə bağlı aşağıdakı rüsumlar müəyyənləşir:
- ixrac edilən qida və yem məhsullarına sağlamlıq sertifikatının verilməsi - 25 manat;
- Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunmuş qida və yem məhsulu, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara idxal sağlamlıq aktının verilməsi – 25 manat;
Qeyd edilib ki, “Qida təhlükəsizliyi haqqında” Qanunda qida və yem məhsullarının idxalı və ixracı zamanı müvafiq olaraq sağlamlıq sertifikatının və idxal sağlamlıq aktının verilməsi nəzərdə tutulmuş, qida obyektlərinin təsdiq olunması ilə bağlı müddəalar əks olunub.
Həmçinin qeyd olunub ki, həmin sənədlərə görə dövlət rüsumunun məbləği və dövlət rüsumundan azadolmalar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müəyyən olunur.
Həmin hərəkətlərə görə alınan dövlət rüsumunun məbləğinin və azadolma hallarının müəyyənləşdirilməsi məqsədilə “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi zərurəti yaranır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:25 / 28.11.2022
Qida təhlükəsizliyi sahəsində YENİLİK – RÜSUM məbləği dəyişdirildi
Hazırda oxunan: Qida təhlükəsizliyi sahəsində YENİLİK – RÜSUM məbləği dəyişdirildi
Hazırda oxunan: Qida təhlükəsizliyi sahəsində YENİLİK – RÜSUM məbləği dəyişdirildi
106774
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.