Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 15 ticarət müəssisəsi və 21 ictimai iaşə müəssisəsində həyata keçirdiyi monitorinqlər zamanı ümumilikdə 18 müəssisədə nöqsanlar müəyyən edib.
Bu barədə Bizim.Media-ya AQTA-dan məlumat verilib.
Qeyd olunub ki, həmin müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 13, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 7 nöqsan aşkar olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:42 / 28.11.2022
Bu restoranlarda nöqsanlar aşkarlandı – ADLAR
Hazırda oxunan: Bu restoranlarda nöqsanlar aşkarlandı – ADLAR
Hazırda oxunan: Bu restoranlarda nöqsanlar aşkarlandı – ADLAR
106765
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.