Sahibkarlara bu il verilən güzəştli kreditlərin həcmi AÇIQLANDI

Hazırda oxunan: Sahibkarlara bu il verilən güzəştli kreditlərin həcmi AÇIQLANDI

106718

Bu il sahibkarlara verilən güzəştli kreditlərin həcmi 105 milyon manatı keçib.

Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

"Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin yanvar-oktyabr aylarında 2.195 investisiya layihəsinin maliyyələşdirilməsinə 105,6 milyon manat güzəştli kredit ayrılıb", - nazir yazıb.
M.Cabbarovun sözlərinə görə, güzəştli kreditlərin layihə sayı üzrə 99,9%-i, kredit məbləği üzrə isə 98,1%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin