İpoteka müqavilələrinin sayı 38 faiz artıb

Hazırda oxunan: İpoteka müqavilələrinin sayı 38 faiz artıb

106696

2022-ci ilin yanvar-oktyabr ayları ərzində qeydiyyata alınan ipoteka müqaviləsinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 38,1% artaraq 58.049 təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatında bildirilir.

Bildirilir ki, qurum tərəfindən daşınmaz əmlakın qeydiyyatı sahəsində göstərilən xidmətlərin keyfiyyət və kəmiyyətində müsbət dinamika müşahidə olunur.

Statistik göstəricilərə əsasən, 2022-ci ilin yanvar-oktyabr ayları ərzində 294.068 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,9% çoxdur.

10 aylıq göstəricinin 70.558-i (24%) ilkin, 223.510-u (76%) isə təkrar qeydiyyatın payına düşüb. Qeyd edək ki cari ilin yanvar-oktyabr ayları ərzində ilkin qeydiyyat ötən ilin eyni dövrü ilə müqayisədə 31,3% artıb.

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 41.040-ı fərdi yaşayış və bağ evi, 75.387-si mənzil, 167.909-u torpaq sahəsi, 2.927-si qeyri-yaşayış binası, 6.100-ü qeyri-yaşayış sahəsi, 660-ı əmlak kompleksi, 44-ü çoxmərtəbəli yaşayış binası, 1-i isə çoxillik əkmələrdir. 10 ay ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 26,4%-i Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşür.

Dövlət başçısının “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli Fərmanına uyğun olaraq, mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi ilkin qeydiyyat göstəricisinin daha yüksək olmasına imkan yaradır. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-oktyabr ayları ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 2,6 dəfə artaraq 34.469 olub.
Bu ilin 10 ayı ərzində 231.128 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib.

Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 19,7% artım deməkdir. 2022-ci ilin yanvar-oktyabr ayları ərzində qeydiyyata alınan ipoteka müqaviləsinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 38,1% artaraq 58.049 təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin