“Mənim oğlumla, Naxçıvanda baş verənlərlə bağlı deməyə sözüm yoxdur. Hesab edirəm ki, övladla bağlı ataya sual verməyin özü etikaya sığmır”.
Bizim.Media gununsesi.info.az-a istinadən xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının Gömrük Xidmətinin rəisi Səhət Həbibbəylinin saxlanılması barədə xəbərlərə münasibət bildirən atası İsa Həbibbəyli deyib.
MÖVZU İLƏ BAĞLI:
Naxçıvanda maliyyə naziri həbs edildi – İSTİNTAQ APARILIR
“Oğlunuz haradadır, ondan xəbəriniz varmı?” sualına AMEA prezidenti İ.Həbibbəyli “Bilmirəm ki, haradadır, xəbərim də yoxdur”, - deyərək, telefonun dəstəyini asıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında anti-korrupsiya əməliyyatları başlayıb. Eyni zamanda, Muxtar Respublikanın maliyyə naziri Rafael Əliyev həbs edilib. R.Əliyev daha əvvəl Naxçıvan MR Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi olub. R.Əliyevlə birgə hazırda həmin vəzifəni icra edən Mənsur Əsgərov da həbs edilib.
Bizim.Media