İsrailli donor hərbçimizin gözlərinə İŞIQ OLDU 

Hazırda oxunan: İsrailli donor hərbçimizin gözlərinə İŞIQ OLDU 

106649

Bu gün dünyanın 350-dən çox media orqanı, o cümlədən dünyada tanınan “Associated Press” (AP), “Fox News” və “Yahoo” Azərbaycan-ABŞ Mədəniyyət Fondunun təşəbbüsü haqqında məqalələr çap ediblər. 

Bizim.Media xəbər verir ki, məqalə 44 günlük Vətən müharibəsi dövründə qismən görmə qabiliyyətini itirmiş 24 yaşlı azərbaycanlı əsgər Arif Hacıyevin İsrail donor tərəfindən verilən və eyni ölkənin həkimi İşhay Falik tərəfindən aparılan əməliyyatdan sonra görmə qabiliyyətinin bərpa etməsinə həsr olunb. 

Bildirilir ki, dekabrın 18-də Arif Hacıyev İsrailə gedir. A.Hacıyev orada donorun ailəsi və onu əməliyyat etmiş həkimlə görüşəcək. 

Dünya mətbuatında çıxan xəbərlərin linklərini diqqətinizə çatdırırıq:  

1. //apnews.com/press-release/pr-newswire/europe-middle-east-israel-azerbaijan-fb5429efd5052d0eba78f185b5e81523 (Associated Press)

2. //fox8.com/news/business/press-releases/cision/20221125SF47178/newsblaze-announces-us-az-cultural-foundation-humanitarian-gratitude-visit-to-israel/ (Fox News)

3. //finance.yahoo.com/news/newsblaze-announces-us-az-cultural-151300820.html (Yahoo)

Azərbaycan-ABŞ Mədəniyyət Fondunun, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, İsrailin Azərbaycandakı səfirliyi və geniş ictimaiyyətin dəstəyi ilə baş tutan səfərdə Nurit Qrinqer və Eti El-Kiss Arif Hacıyevi İsrailə səfərdə müşaiyət edəcəklər. Ölkənin tarixi yerlərini ziyarət etməklə yanaşı, Arif Hacyev yerli siyasətçilərlə də görüşmək imkanı qazanacaq. 

Xanım Qrinqer bu ilin iyulunda Azərbaycana səfəri zamanı “NewsBlaze” nəşri üçün “Azərbaycanın Müharibə Qəhrəmanları: Şücaət və Ümid” məqaləsini hazırlayarkən Arif Hacıyevlə tanış olub (//newsblaze.com/world/eurasia/azerbaijan-war-heroes -valor_184241/) və Arifin İsrailə getməsi təşəbbüsünü qaldırıb. 

ABŞ-AZ Mədəniyyət Fondu (//www.us-az-culturalfoundation.com/), Azərbaycan, ABŞ və İsrail arasında elm, mədəniyyət, media, kino sahələrdə münasibətlərin yaxınlaşmasına töhfə vermək üçün təsis edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin