Qazaxıstan lideri Kasım-Jomart Tokayev bazar günü rəsmi səfərlə Moskvaya gəlib və noyabrın 28-də Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Qazaxıstan prezidentinin mətbuat xidməti yayıb.
“Noyabrın 28-də Moskvada dövlət başçıları arasında danışıqlar olacaq. Bundan əlavə, iki ölkənin liderləri videokonfrans vasitəsilə Qazaxıstan və Rusiya Regionlararası Əməkdaşlıq Forumunun işində iştirak edəcəklər”, - məlumatda deyilir.
Tokayev üçün bu, dövlət başçısı vəzifəsinə gəldikdən sonra ilk xarici səfərdir. Noyabrın 20-də Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib. Ölkənin hazırkı lideri 69,44 faiz iştirakla 81,31 faiz səslə qalib gəlib. Onun andiçmə mərasimi şənbə günü baş tutub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
22:12 / 27.11.2022
Tokayev Rusiyada səfərdədir
Hazırda oxunan: Tokayev Rusiyada səfərdədir
Hazırda oxunan: Tokayev Rusiyada səfərdədir
106612
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.