Ərdoğan: “2023-cü il seçkilərində qalib gəlməyimizə heç kim mane ola bilməz”

Hazırda oxunan: Ərdoğan: “2023-cü il seçkilərində qalib gəlməyimizə heç kim mane ola bilməz”

106599

“2023-cü il seçkilərində tariximizin ən böyük qələbəsini qazanmağımıza heç kim mane ola bilməz”.

Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib.

“Biz maliyyədən terrora qədər hər vasitə ilə xalqımızı sıxışdırmağa çalışan dünya baronlarına və imperialist quldurlarına təşəkkür etməyəcəyik. 2023-cü il seçkilərində tariximizin ən böyük qələbəsini qazanmağımıza heç kim mane ola bilməz”, - deyə Ərdoğan bildirib.

Prezident vurğulayıb ki, Türkiyə öz təhlükəsizliyi üçün ayrılmış ərazilərdə öz sərhədlərindən kənarda müvafiq tədbirlər görmək səlahiyyətinə malikdir.

“Bu hüququ həyata keçirməyimizə heç kim mane ola bilməz”, - Türkiyə lideri əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin